AZE | RUS | ENG |

Bakı sakinləri «dünyanın sonu»na inanmırlar SORĞU

Bakı sakinləri «dünyanın sonu»na inanmırlar SORĞU
Azərbaycan paytaxtında keçirilən rəy sorğusunun nəticələri açıqlandı

Bakı sakinlərinin mütləq əksəriyyəti (92,4%) «Dünyanın sonu» deyilən hadisələrin baş verəcəyinə inanmır.

Bunu «Rəy» Monitorinq Mərkəzinin 2012-ci il dekabrın 8-dən 10-dək keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərib. Mərkəzdən kaspi.az-a verilən məlumata görə, dekabrın 21-də guya «Dünyanın sonu»nun olacağı barədə xəbərlər demək olar ki, bütün mətbuat səhifələrini zəbt etsə də, Bakı sakinləri belə bir hadisənin baş verəcəyinə inanmır.

«Dünyanın sonu»na inanırsınızmı?» sualına respondentlərin 84,7% birmənalı olaraq «xeyr, inanmıram», 7,7% isə «əsasən inanmıram» cavabını verib. Yalnız 5,3% sakin bunun əksini düşünür. Paytaxt əhalisi arasında bu hadisəyə xüsusi maraq da hiss olunmur. Onlar, ümumiyyətlə «Dünyanın sonu»nun mümkünlüyü barədə məlumatları ciddi qəbul etmirlər. Sorğunun nəticələri göstərir ki, respondentlərin yalnız üçdə biri (31,9%) bu xəbərləri diqqətlə izləyirlər, qalan 67,4% isə bu barədə sadəcə «nəsə eşidiblər». Cəmi 1%-dən də az respondent «Dünyaın sonu» barədə deyilənləri bizim sorğu götürənlərdən eşidirdi. Sorğu iştirakçılarının 80,4%-i sabahlarına əmindirlər və yalnız 16,2%-i anketin bu sualına «xeyr, əmin deyiləm» və ya «əsasən əmin deyiləm» cavab variantlarını seçib.

Azər

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056