• cümə, 29 Mart, 15:34
  • Baku Bakı 14°C

Bakı sakinindən tapança və 6 ədəd patron götürülüb

20.03.19 19:27 641
Bakı sakinindən tapança və 6 ədəd patron götürülüb
Paytaxtın Nəsimi rayonunda əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər sakini Z.Məmmədov Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Qeyd olunur ki, şəxsi axtarış zamanı ondan "Revolver” tipli tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
banner

Oxşar Xəbərlər