• cümə, 26 Aprel, 08:51
  • Baku Bakı 12°C

Bakı-Quba yolunda minik avtomobili qəzaya uğrayıb, sürücü ölüb

27.02.17 09:45 954
Bakı-Quba yolunda minik avtomobili qəzaya uğrayıb, sürücü ölüb
Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 45-ci km-də "BMW” markalı minik avtomobilinin qəzaya uğraması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Sumqayıt Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və hadisə zamanı vəfat etmiş sürücü, 1976-ci il təvəllüdlü Rzayev Emil Hafiz oğlunun cəsədini aidiyyatı üzrə təhvil veriblər.
banner

Oxşar Xəbərlər