Bakı-Quba yolunda ağır qəza, xəsarət alan var
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun30-cukm-də bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report”xəbərverirki, "KamAZ”markalıyükavtomobili əks istiqamətə çıxaraq "Mercedes Gelandewagen” markalı avtomobillə toqquşub.
Qəzada "Mercedes Gelandewagen” markalı nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.