• cümə, 19 Aprel, 22:44
  • Baku Bakı 24°C

DYP: gürcüstanlı məktəblilərin düşdüyü avtobus qəzasında bir nəfər yaralanıb - Yenilənib

01.06.18 18:38 1077
DYP: gürcüstanlı məktəblilərin düşdüyü avtobus qəzasında bir nəfər yaralanıb - Yenilənib
Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Qazax yolunda baş verən avtobus qəzası ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

İdarənin şöbə rəisi, polis mayoru Rüfət Quliyev APA-ya bildirib ki, Bakı-Qazax yolunun 79-cu km-də, Hacıqabul rayonu ərazisində baş vermiş yol qəzasında 18 nəfər yox, 1 nəfər xəsarət alıb: "Hadisə günorta saat 12.30 radələrində üzü Bakı istiqamətində baş verib. Eyni istiqamətdə hərəkətdə olan üç nəqliyyat vasitəsi toqquşub. "Kamaz” arxadan "Mercedes”, "Setra” markalı sərnişin avtobusu isə "Kamaz”a çırpılıb. Nəticədə 60 nəfərin olduğu avtobusda yalnız 1 nəfər – sürücü xəsarət alıb. Digər 18 nəfər isə stress və şok vəziyyətində olduğu üçün tibbi yardım göstərilib”.

Hazırda hadisənin səbəbləri araşdırılır.
***


13:52
Bakı-Qazax yolunda qəzaya düşən turist avtobusunun sərnişinləri orta məktəb şagirdləri və onların valideynləri olub.

APA-nın Gürcüstan müxbirinin verdiyi məlumata görə, Gürcüstanın Qori şəhərindən olan orta məktəb şagirdləri və onların valideynləri Bakıya ekskursiyaya yollanıblar.

Avtobusda olan 20 uşaq və 10 valideyn müxtəlif dərəcəli xəsarətlər alıb.

***

12:59

Bakı-Qazax yolunda sərnişin avtobusu "KamAZ” markalı yük maşını və "Mercedes” markalı avtomobillə toqquşub.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, avtobusda Tbilisidən Bakıya gələn54 turist olub. Onlardan 20-yə yaxını xəsarət alıb.

Yük maşını və minik avtomobili ilə toqquşan avtobus yoldan çıxaraq kənardakı yaşıllıq zonasına girib.

Xəsarət alanlar Hacıqabul, Şirvan və Ələtdəki xəstəxanalaraçatdırılıb.

***

12:27


Bakı-Qazax yolunda sərnişin avtobusu aşıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Hacıqabul rayonun Atbulaq qəsəbəsi ərazisində qeydə alınıb.

Çoxyerli avtobusun "KamAZ” markalı yük maşını ilə toqquşaraq aşdığı bildirilir.

İlkin məlumata görə, çoxlu sayda xəsarət alan var.
banner

Oxşar Xəbərlər