• çərşənbə axşamı, 19 mart, 15:11
  • Baku Bakı 8°C

Bakı-Qazax yolunda minik və yük maşınları toqquşub, ölən var

14.07.17 10:25 1152
Bakı-Qazax yolunda minik və yük maşınları toqquşub, ölən var
Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonun Ənvər Məmmədxanlı kəndindən keçən hissəsində qeydə alınıb. Rayonun Qaracallı kənd sakini, 1993-cü il təvəllüdlü İsayev Razi Zülfüqar oğlunun idarə etdiyi "VAZ-21099" markalı minik maşını ilə "KamAZ" markalı yük maşını toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü R. İsayev hadisə yerində ölüb.


Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
banner

Oxşar Xəbərlər