• şənbə, 20 Aprel, 09:11
  • Baku Bakı 14°C

Bakı-Qazax yolunda iki maşın toqquşub, 3 nəfər xəsarət alıb

31.07.17 09:45 1264
Bakı-Qazax yolunda iki maşın toqquşub, 3 nəfər xəsarət alıb
Bakı-Qazax yolunun Yevlax şəhərinə yaxın hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
”Report”un Şirvan bürosu xəbər verir ki, qəza zamanı "Jiquli" və hazırda markası məlum olmayan başqa bir maşın toqquşub. Digər maşının sürücüsünün qadın olduğu bildirilir.
Nəticədə "Jiquli"də olan 3 nəfər - 1950-ci il təvəllüdlü Masallı rayon sakini Novruzov Valeh Mikayıl oğlu, həmçinin Cəlilabad rayon sakinləri - 1960-cı il təvəllüdlü Nəcəfov Zabit Camal oğlu və 1960-ci il təvəllüdlü Nağıyev İlham Həsən oğlu xəsarət alıb.
Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara tibbi yardım göstərildikdən sonra vəziyyətləri sabitləşib.
Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi araşdırma aparır.
banner

Oxşar Xəbərlər