• cümə axşamı, 25 aprel, 17:38
  • Baku Bakı 23°C

Bakı-Qazax yolunda 60 yaşlı kişini naməlum avtomobil vurdu

05.11.18 21:00 628
Bakı-Qazax yolunda 60 yaşlı kişini naməlum avtomobil vurdu
Bakı-Qazax yolunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində baş verib.
Rayonun Qovlar qəsəbə sakini, 1958-ci il təvəllüdlü Nəsibov Nizami Yusif oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Qapalı kəllə-beyin travması alan N.Nəsibov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər