Bakı-Qazax avtomobil yolunda avtomobil aşıb
Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə,Bakı-Qazax avtomobil yoluiləBakı istiqamətdə hərəkətdə olan maşınrayon ərazisindən keçən zamanidarəetmədən çıxaraq aşıb.
Nəticədə maşında olan sərnişinlər-İsmayılova Zemfira(1964) vəİsmayılov Canpolad(1963)müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Qəza zamanı cüzi xəsarət alansürücü İsmayılov Elxan Canpolad oğlu (1991), daha 1 qadın və 2 uşağa ( 8 aylıq və 2 yaşlı) yerində ambulator yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl müğənni Qazax rayonundayol qəzasına düşərəkölüb.