• cümə, 29 Mart, 14:27
  • Baku Bakı 14°C

Bakı polisindən paytaxtda baş verən insidentlə bağlı - Açıqlama

03.09.13 12:22 1242
Bakı polisindən paytaxtda baş verən insidentlə bağlı - Açıqlama
İdarədən APA-ya verilən məlumatda bildirilir ki, sentyabrın 2-də Keşlə qəsəbəsi, M. Hilal küçəsində naməlum şəxs, qəsəbə sakini Elçin Fərəcovun döş qəfəsinə ov tüfəngindən bir dəfə atəş açaraq onu yaralayıb. Elçin Fərəcov xəstəxanaya aparılarkən yolda ölüb.
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də hadisənin törədilməsində şübhəli bilinən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Məmmədov Seymur Həmzə oğlu tutulub. Ondan maddi sübut kimi 1 ədəd 16 kalibrli lüləsi və qundağı kəsilmiş ov tüfəngi götürülüb.
banner

Oxşar Xəbərlər