• cümə, 29 Mart, 09:01
  • Baku Bakı 5°C

Bakı polisindən Milli Şuranın aksiyası ilə bağlı Açıqlama

23.09.13 12:27 1582
Bakı polisindən Milli Şuranın aksiyası ilə bağlı Açıqlama
BŞBPİ-dən APA-ya daxil olan məlumatda bildirilib ki, sentyabrın 22-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun prezidentliyə namizədi Cəmil Həsənlinin Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 16:00-dan 18.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, ACP, KXCP, El Hərəkatı, eləcə də, bir sıra digər müxalifət yönlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2000 (iki min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.
banner

Oxşar Xəbərlər