• çərşənbə axşamı, 16 aprel, 13:55
  • Baku Bakı 19°C

Bakı polisi əməliyyat keçirdi, heroin alverçisi yaxalandı

13.05.20 11:37 625
Bakı polisi əməliyyat keçirdi, heroin alverçisi yaxalandı
Bakıda polis narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.
Trend-in məlumatına görə, Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cu (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmma) maddəsi ilə məhkum olunmuş Baba Pənahov saxlanılıb.
Üzərinə baxış keçirilərkən ondan 1, 850 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər