• çərşənbə axşamı, 19 mart, 10:44
  • Baku Bakı 8°C

Bakı polisi bir gündə 40 cinayətin üstünü açdı

18.02.20 11:52 2743
Bakı polisi bir gündə 40 cinayətin üstünü açdı
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 17-də 40 cinayətin üstü açılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onlardan 15-i əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.
Narkotiklərlə əlaqəli 6, soyğunçuluq üzrə 1 fakt müəyyən edilib. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 13 nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib.
Baş vermiş oğurluq əməlləri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 18 fakt üzrə açılma təmin olunub.
Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.
banner

Oxşar Xəbərlər