• cümə axşamı, 25 aprel, 10:14
  • Baku Bakı 14°C

Bakı-Pekin aviareysi ləğv edildi

10.05.13 08:40 1989
Bakı-Pekin aviareysi ləğv edildi
APA-nın AZAL-a istinadən verdiyi məlumata görə, Pekinə yeni uçuşlara başlayan bütün aviaşirkətlərin qarşısına qoyulmuş yeni tələblərlə əlaqədar, AZAL-ın Bakı-Pekin-Bakı marşrutu üzrə planlaşdırılan aviareysi müvəqqəti olaraq ləğv olunur: «Məsələnin həlli üçün Çinin müvafiq strukturları ilə son ana qədər danışıqlar aparılıb, lakin çoxsaylı yeni tələblərin həlli üçün zamanın məhdudluğu bu reysin yerinə yetirilməsini mümkünsüz edib. Bu məlumatla bağlı yaranmış olan narahatlığa görə bütün sərnişinlərimizdən üzr istəyirik».
Şirkətin məlumatına əsasən, bütün müvafiq rəsmiləşdirmələr həll olunduqdan sonra, yaxın zamanlarda reyslərə başlanacaq və bu barədə AZAL tərəfindən məlumat veriləcək.
«AZAL-ın Bakı-Pekin-Bakı reysinə aviabilet əldə etmiş bütün sərnişinlərinə biletin tam dəyərinin geri qaytarılması imkanı veriləcək və ya Pekinə və geri başqa marşrutlar üzrə aviabilet təqdim olunacaq», - deyə aviaşirkətin məlumatında bildirilir.
banner

Oxşar Xəbərlər