• cümə, 29 Mart, 05:31
  • Baku Bakı 7°C

Bakı Paylayıcı Şəbəkəsinin inzibati binasının və yarımstansiyalarının açılışı olub

17.01.18 10:35 738
Bakı Paylayıcı Şəbəkəsinin inzibati binasının və yarımstansiyalarının açılışı olub

Azərbaycan prezidentiİlham Əliyev"Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Bakı Paylayıcı Şəbəkəsinin yeni inzibati binasının və yarımstansiyalarının açılışında iştirak edib.

APA-nın məlumatına görə, prezidentİlham Əliyevhəmin obyektlərin rəmzi açılışını bildirən lenti kəsib.

"Azərişıq” ASC-nin sədri Baba Rzayev görülən işlər barədə dövlət başçısına məlumat verib.

Sonra prezidentİlham Əliyevə Bakı Rayon Elektrik Təchizatı və Satışı İdarəsinin yenidən qurulan 110/35/10 kilovoltluq "Yasamal-1” yarımstansiyası barədə məlumat verilib. Bildirilib ki, yeni inşa olunan yaşayış binalarının artan güc tələbatını ödəmək, perspektiv inkişafa uyğun olaraq digər istehlakçıları dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün "Yasamal-1” yarımstansiyası tamamilə yenidən qurularaq gücü iki dəfədən çox artırılıb. "Yasamal-1” yarımstansiyası dövlət əhəmiyyətli obyektlər də daxil olmaqla Yasamal rayonunun böyük bir hissəsini elektrik enerjisi ilə təmin edir.

Prezidentİlham Əliyevməsafədən idarə olunan SCADA dispetçer sistemi vasitəsilə 110 kilovoltluq "Yasamal-1” yarımstansiyasını işə salıb.

Sonra dövlət başçısına 35/10-6 kilovoltluq 120 saylı və Qobu qəsəbəsi ərazisində yeni inşa edilən 110/35/10 kilovoltluq "Qobu” yarımstansiyaları barədə məlumat verilib.

Prezidentİlham Əliyevə məlumat verilib ki, Qobu qəsəbəsinin ərazisində ilk dəfə 110 kilovoltluq yeni yarımstansiya inşa edilib. Yeni inşa edilmiş "Qobu” yarımstansiyasından çəkiləcək 35 kilovoltluq elektrik verilişi xətləri vasitəsilə "502” və "Hökməli” yarımstansiyalarının elektrik təchizatı təmin ediləcək.

Dövlət başçısına "Azərişıq”ın elektrik təchizatı sxemi, 110 kilovoltluq "Bayramzadə” yarımstansiyası, Külək Elektrik Parkı və digər yenidənqurma layihələri barədə də məlumat verilib.

Bakı Paylayıcı Şəbəkəsinin inzibati binası və yeni yarımstansiyalarla tanış olan prezidentİlham Əliyevmüvafiq tapşırıq və tövsiyələrini verib.

banner

Oxşar Xəbərlər