• cümə axşamı, 28 mart, 23:08
  • Baku Bakı 13°C

Bakı Olimpiya Stadionunda "ƏN Yeni il" konserti keçirilib

31.12.16 22:45 1220
Bakı Olimpiya Stadionunda "ƏN Yeni il" konserti keçirilib
Bakı Olimpiya Stadionunda (BOS) "ƏN Yeni il” adlı konsert proqramı keçirilib.
"Report"un məlumatına görə, konsert proqramında əvvəlcə Türkiyə estradasının ulduzları Demet Akalın, Murat Dalkılıç, Aleyna Tilki çıxıb.
Konsertdə Türkiyənin digər məşhur müğənniləri - Hadsə, Emrah Karaduman, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre, eləcə də Mahmut Orhan, həmçinin yerli ulduzlar Röya və Miri Yusif çıxış ediblər
Şou-proqram atəşfəşanlıq və diskoteka ilə davam edib.
Xatırladaq ki, konsertdə "AAAF Park” Yaşayış kompleksindən mənzil, "SEAT Baku” Mərkəzindən 2 avtomobil və "HELL Azərbaycan” şirkəti tərəfindən təqdim edilən iki nəfərlik Macarıstan səyahəti də uduş fondu olaraq lotoreya vasitəsi ilə öz sahiblərini tapıb.
Qeyd edək ki, tədbirin informasiya dəstəkçisi "Report” İnformasiya Agentliyidir. Sponsorlar isə AAAF Park Yaşayış Kompleksi, "High Boost”, "Seat”, "Baku Entertainment Factory”, "Hell” və Iticket.az saytıdır.
banner

Oxşar Xəbərlər