• cümə, 29 Mart, 15:07
  • Baku Bakı 14°C

Bakı Olimpiada-2024-ü keçirməyə namizəd olacaq

06.06.13 18:10 1702
Bakı Olimpiada-2024-ü keçirməyə namizəd olacaq
Bakı 2024-cü il olimpiadasına iddiaçılar sırasında yer alacaq. Azerisport.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov motorlu qayıqlarda “Formula-2” üzrə “Bakı Qran-pri”si ilə əlaqədar keçirilən mətbuat konfransında açıqlayıb.
İsmayılov mətbuat konfransında xarici jurnalistlərin maraq dairəsinə düşüb. Daha öncə Bakının 2016 və 2020-ci il Yay Olimpiya Oyunlarına namizəd olduğunu xatırladan nazir müavini paytaxtımızın 2024-cü il olimpiadasına iddiaçılar sırasında yer alacağını bəyan edib: “Bakı şəhəri qalib gələnədək Yay Olimpiya Oyunlarına namizədliyini verəcək”.
Nazirlik rəsmisi Azərbaycanın idman və turizm potensialından da danışıb. O bildirib ki, 6-7 iyulda Bakıda təşkil olunacaq “Formula-2” də turizmin bir istiqamətidi: “İnanıram ki, bu yarışla əlaqədar paytaxtımıza xarici ölkələrdən xeyli turist gələcək”.
banner

Oxşar Xəbərlər