• cümə, 29 Mart, 17:22
  • Baku Bakı 14°C

Bakı növbəti film festivalına hazırlaşır

10.09.18 15:00 814
Bakı növbəti film festivalına hazırlaşır
Noyabrın 14-dən 17-dək Bakıda IX "START” Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək. Artıq ekran əsərlərinin qəbuluna start verilib.
AZƏRTACxəbər verir ki, "Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivala Mədəniyyət, Gənclər və İdman nazirlikləri dəstək göstərir.
Filmlər iki əsas – Beynəlxalq və yerli müsabiqə proqramlarında, eyni zamanda, ilk dəfə keçirilən "Cinemobil” adlı mobil filmlərin müsabiqəsində yarışacaq.
Yerli müsabiqəyə yalnız Azərbaycan Respublikasının vətəndaşı olan gənclər film göndərə bilər. Beynəlxalq müsabiqədə isə əcnəbi müəlliflərlə yanaşı, yerli rejissorlar da iştirak etmək hüququna malikdir.
Festivalın müsabiqə bölmələrinə 35 yaşa qədər olan rejissorlar oktyabrın 5-dək bədii, sənədli, cizgi və eksperimental filmlərini təqdim edə bilərlər. Filmlər 2017- 2018-ci illərdə istehsal olunmalı, xronometrajı 35 dəqiqədən çox olmamalıdır. Yerli müsabiqədən fərqli olaraq beynəlxalq müsabiqəyə filmlər ingilis dilində subtitrlə və ya səsli tərcümə ilə göndərilməlidir.
Onlayn rejimdə aparılacaq "Cinemobil” müsabiqəsinə yalnız mobil telefonla çəkilən filmlər qatılacaq. Bundan başqa , festival kinematoqrafçılara ideyalarını reallaşdırmağa kömək məqsədilə ilk dəfə "Pitçinq” elan edir.
Festivalın əsas nominasiyalarından əlavə yerli müsabiqədə "Ən yaxşı prodüser”, "Ən yaxşı rejissor”, "Ən yaxşı ssenari”, "Ən yaxşı operator” nominasiyaları da yer alır.
Qeyd edək ki, bu ildən etibarən festivalın qaliblərinə "Qızıl nar” mükafatı təqdim olunacaq. Mükafat uğrunda yarışacaq filmləri yerli və xarici mütəxəssislərdən ibarət peşəkar kino xadimləri qiymətləndirəcək.
Müsabiqədə iştirak etmək istəyənlər qaydalar və şərtlərləwww.filmfestival.azsaytından tanış ola bilərlər.
banner

Oxşar Xəbərlər