• cümə, 29 Mart, 17:46
  • Baku Bakı 14°C

Bakı-Novorossiysk kəməri ilə neft nəqli dayandırılıb

10.04.18 16:10 737
Bakı-Novorossiysk kəməri ilə neft nəqli dayandırılıb
Azərbaycanın Siyəzən qəbul-çatdırılma məntəqəsindən Dağıstanın Samur qəbul çatdırılma məntəqəsi istiqamətində Bakı-Novorossiysk neft boru kəməri ilə neftin göndərilməsi texniki səbəblərdən dayandırılıb.

"APA-Economics”in "İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "Transneft” şirkətinin prezidentinin müşaviri, mətbuat katibi İqor Demin bildirib.

Bundan başqa, o əlavə edib ki, Mahaçqala limanı istisna olmaqla, bütün limanlarda iş üçün yararlıhavamövcuddur və gecikən tankerlər yoxdur: "Bu gün axşam siklon və fırtına gözlənilməsi səbəbindən Kozmino limanında tankerlərin boşaldılması qrafikində qabaqlama işləri aparılıb. Bu gün dünən Bakı vaxtı ilə saat 18:10-dan başlayaraq fırtınalıhavamövcuddur”.
Onun məlumatına görə, sistemə neftin qəbulu məhdudiyyətsiz aparılır. Marisyk neft emalı zavodu üçün neftin tədarükü ilə bağlı məhdudiyyət tətbiq edilib. İ. Demin bildirib ki, buna səbəb marşrut təlimatlarının olmamasıdır.
banner

Oxşar Xəbərlər