AZE | RUS | ENG |

Bakı Nəqliyyat Agentliyindən benzinin qiymətinin artması ilə bağlı AÇIQLAMA

Bakı Nəqliyyat Agentliyindən benzinin qiymətinin artması ilə bağlı AÇIQLAMA
Şəhərdaxili marşrut avtobuslarında gediş haqlarının qaldırılması barədə Bakı Nəqliyyat Agentliyində (BNA) müzakirə aparılmır.
Bu barədə Trend-ə açıqlamasında BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Qurum rəsmisi bildirib ki, hazırda bu barədə məsələnin müzakirəsi gündəmdə deyil:
"Ümumiyyətlə, bu gün Bakı Nəqliyyat Agentliyində paytaxtın marşrut şəbəkəsində istifadə olunan sərnişin avtobuslarında qiymət artımı ilə bağlı müzakirə aparılmır və gündəlikdə belə bir məsələ yoxdur. Paytaxtda marşrut xətlərində fəaliyyət göstərən marşrut avtobusları benzinlə deyil, dizel yanacağı ilə işləyirlər. Buna görə də benzinin qiymətinin artması gediş haqlarına təsir etməyəcək".
Xatırladaq ki, Tarif (qiymət) Şurasının iyulun 14-də keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minib.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6872
GBP 1 İngilis funt sterlinqi 2.3706
TRY 1 Türk lirəsi 0.4166
KWD 1 Küveyt dinarı 5.6524
SEK 1 İsveç kronu 0.1990
EUR 1 Avro 2.0700
CHF 1 İsveçrə frankı 1.7300
USD 1 ABŞ dolları 1.7000