• cümə, 29 Mart, 19:36
  • Baku Bakı 14°C

Bakı-Naxçıvan aviareyslərində ləngimə yaranıb

24.01.14 14:22 1454
Bakı-Naxçıvan aviareyslərində ləngimə yaranıb
Bu gün Naxçıvan Muxtar Respublikasında müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Bakı-Naxçıvan marşrutu ilə aviareyslərin yerinə yetirilməsində ləngimələr müşahidə olunub. Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.
Belə ki, Bakıdan saat 08:20-da yerinə yetirilməsi planlaşdırılan ilk aviareys hava şəraiti ilə əlaqədar təxminən 5 saat təxirə salınıb. Nəticədə, saat 13:45-də havaya qalxan təyyarə artıq 14:50-də Naxçıvanda eniş edib.
Qeyd edək ki, eyni səbəbdən bu marşrutla ikinci reys də 13:30-dan 14:45-dək təxirə salınıb və onun da yaxın dəqiqələrdə Naxçıvana çatacağı gözlənilir.
Xatırladaq ki, hər gün Bakıda Naxçıvan istiqamətində 4 aviareys (08:20, 13:30, 18:40 və 23:50) yerinə yetirilir. Təyyarə Naxçıvana təxminən 1 saata çatır və daha 1 saat sonra yenidən Bakıya dönür.
Qeyd edək ki, bu reysin operatoru olan «Azərbaycan Hava Yolları» QSC bu marşrutla reysləri əsasən «Boeing» və «Embraier» təyyarələri ilə yerinə yetirir.
banner

Oxşar Xəbərlər