Bakı mundialına doğru: hədəf, reallıq və favoritlər
Dünya çempionatı olimpiadadan
da çətin yarış hesab edilir
Ölkəmiz tarixdə ilk dəfə cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək. Planetin 134 ölkəsindən 800-dən çox tatami ustası sentyabrın 20-dən 27-dək paytaxt Bakıda bir araya gələcək. İdman yarışlarının təşkilində müəyyənləşdirdiyimiz keyfiyyət, əvvəlki DÇ-lərdən fərqlənən iştirakçı sayı Bakı mundialının yüksək ab-havada keçəcəyinə zəmanət verir.
Çətin, amma mümkün uğur
Cüdo tarixində 2 olimpiya, 10 Avropa çempionluğu ilə yadda qalsaq da, mundiallarda sadəcə, 1 "qızıl" qazanmışıq. "Doğma divarlar" amili 5 il əvvəl Elxan Məmmədovun imza atdığı uğuru təkrarlamaq üçün əlverişli fürsətdir.
Bəzi mütəxəssislər dünya çempionatını Yay Olimpiya Oyunlarından da çətin yarış hesab edirlər. Bu da onunla bağlıdır ki, olimpiadadan fərqli olaraq, DÇ-lərdə bəzi çəkilərdə bir deyil, iki idmançı ilə təmsil olunmaq hüququ var. Nəticədə favorit ölkələrin iki təmsilçisini geridə qoyub çempion olmaq, olimpiada ilə müqayisədə çətindir ki, asan deyil.
Cüdoçularımızı "doğma divarlar" arasında olduqca ağır sınaq gözləyir. Məsuliyyət əvvəlki mundiallarla müqayisəyəgəlməzdir. Bunu yaxşı anlayan məşqçilər hazırlığı yüksək şəkildə qurmağa cəhd göstərib. Komandamız uzun müddət Yaponiya, Cənubi Koreya, Fransa, Almaniya, İspaniya, Belarus kimi ölkələrdə təlim-məşq toplanışı keçib.
Mundialın fərdi proqramında kişilərdən ibarət yığmamız 6 çəkidə olmaqla, maksimum sayda - 9 cüdoçu ilə mübarizə aparacaq. Qadınlardan ibarət komandamızı isə 4 çəkidə 5 nəfərlə tatamidə görəcəyik.
Kişilərdən ibarət komandamızın ukraynalı çalışdırıcısı Ruslan Maşurenko bu heyətə şans verib:
60 kq - Orxan Səfərov, Kəramət Hüseynov
66 kq - Nicat Şıxəlizadə
73 kq - Rüstəm Orucov, Hidayət Heydərov
90 kq - Məmmədəli Mehdiyev
100 kq - Elmar Qasımov, Zelim Kotsoyev
+100 kq - Uşanqi Kokauri
Təcrübə və gənclik
Orxan, ilə 66 kiloqramda başladı və bütün yarışlarda bu çəkidə mübarizə apardı. Çəkisalma prosesində yaşadığı çətinliklər onu belə addım atmağa vadar etmişdi. Yeni çəkiyə tez uyğunlaşsa da, sonradan həm özü, həm də məşqçi heyəti dünya çempionatında fərqlənmək üçün 60 kiloqramın əlverişli olduğu qənaətinə gəldi. 27 yaşlı Səfərov Macarıstanda keçirilən son DÇ-nin bu çəkidə finalçısıdır. Uzun illər stabil çıxış edib, rəqiblərinin əksəriyyətini yaxşı tanıyır. Lakin ili boş buraxdığı üçün reytinqini əhəmiyyətli dərəcədə itirib. Bununla belə, özünə əmindir. Hazırkı formasını ideal hesab edir.
Gənclərin dünya ikincisi və Avropa çempionu 20 yaşlı Kəramətin adı son anda, Tural Safquliyevin(90 kq) zədələnməsindən sonra heyətə salındı. Böyüklərdə yarış təcrübəsinin azlığı onun haqqında, ən azından, Orxan qədər iddialı danışmağa əsas verməsə də, hər an təəccübləndirmək potensialına sahib olduğu da vurğulanmalıdır.
Bütün yarışların əsas favoriti Yaponiya Bakıda iki çəki dərəcəsində 2 cüdoçu ilə təmsil olunacaq ki, biri 60 kiloqramdır. Bunlar Ryuju Naqayama və Naohisa Takatodur. Dünya reytinqində ilk iki pillə müvafiq qaydada onlara məxsusdur. Hər ikisi fiziki cəhətdən çox güclü, texnikalı, parterdə və əks-hücumlarda effektlidir. İkiqat dünya çempionu 25 yaşlı Takato isə Səfərov üçün ən tərs rəqibdir. O, olimpiya "bürünc"ünü və DÇ "qızıl"ını cüdoçumuzdan "oğurlayıb". 60 kiloqramda son iki olimpiadanın qızıl medalını qazanan Rusiya da Bakıya iki cüdoçu ilə təşrif buyurur: 2017-ci ilin Avropa çempionu Robert Mşvidobadze və Rio olimpiadasının qalibi Beslan Mudranov. Orxan onlarla da bunadək üz-üzə gəlib. Təəssüf ki, statistika rusların xeyrinədir. Əsas rəqiblər sırasında Rio olimpiadasının gümüş mükafatçısı qazaxıstanlı Yeldos Smetov, keçmiş Avropa çempionu gürcüstanlı Amiran Papinaşvili də var. Lakin Səfərov ayrı-ayrı vaxtlarda bu cüdoçuları üstələməyi bacarıb. Kəramət isə sadalanan rəqiblərin heç biri ilə üz-üzə gəlməyib.
Son fürsət
32 yaşlı Nicat üçün bu, potensialını tam ortaya qoymaq üçün bəlkə də, son şansdır. Hələ erkən yaşlarından adından söz etdirən, gənclər arasında ölkəmizə ilk dünya çempionluğunu qazandıran, 19 yaşında böyüklərin dünya "bürünc"ünü boynundan asan Şıxəlizadə, dopinq səbəbi ilə uzun müddət tatamidən uzaq düşdü, nəticədə iki olimpiadanı buraxdı. Son beş ildə Beynəlxalq Cüdo Federasiyasının əsas kateqoriyalı "Dünya Turu" yarışlarında dəfələrlə fərqlənsə də, Avropa və dünya çempionatlarında gözlənilən nəticəni vermədi. "Doğma divarlar" amili nə qədər üstünlük sayılırsa, əvvəlki mundiallara nisbətdə reytinqinin xeyli aşağı olması qayğılandırır.
Yaponiyanın son illər yetişdirdiyi ən güclü cüdoçulardan biri Hifume Abe Bakıya titulunu qorumaq üçün gəlir. Yapon cüdosuna xas olan bütün yüksək keyfiyyətləri özündə daşıyan 21 yaşlı Abe çəkinin əsas favoritidir. Digər favoritlər isə Rio olimpiadasının gümüş mükafatçısı, keçmiş dünya çempionu cənubi koreyalı An Baul, son üç DÇ-nin gümüş mükafatçısı rusiyalı Mixail Pulyayev, keçmiş dünya və Avropa çempionu ukraynalı Georgi Zantaraaya, son dünya üçüncüsü, dəfələrlə beynəlxalq turnirlərin qalib və mükafatçısı israilli Tal Fliker və keçmiş Avropa çempionu, son DÇ-nin bürünc mükafatçısı gürcüstanlı Vaja Marqvelaşvilidir. Abe və Baulla Nicat üz-üzə gəlməsə də, digərləri ilə dəfələrlə gücünü sınayıb. Pulyayev isə Şıxəlizadə üçün ən uğursuz rəqibdir.
Əsas ümid yeri
Elnur Məmmədlinin gedişindən sonra Azərbaycan cüdosunda ən ən yaxşını axtarmaq lazım gələrsə, ağla gələcək ilk adam Rüstəmdir. Son olimpiada və DÇ-nin gümüş mükafatçısı əvvəlki yarışlar kimi Bakı mundialının da favoritlərindədir.
Hidayətə gəldikdə, o, cüdo tariximizdə iz buraxan bir çox simanın nailiyyətini cəmi 21 yaşına sığdırıb. Dünya çempionatındakı perspektivi Orucovdan heç də az deyil. Heydərovun əsas üstünlüyü parterdə çox yaxşı işləmək bacarığına sahib olmasıdır.
Rüstəm reytinqdə ikinci, Hidayət isə dördüncüdür. Bu fakt çəkidəki iddiamızı ortaya qoyur.
Əvvəlki çəki dərəcələrində olduğu kimi, 73 kiloqramın da son dünya çempionu "gündoğar ölkə" təmsilçisidir. Uzun illər adlı-sanlı komanda yoldaşlarının kölgəsində qalan Soiçi Haşimoto titulunu qorumaq üçün dəridən-qabıqdan çıxacaq. Ondan başqa, son iki DÇ-nin bürünc mükafatçısı cənubi koreyalı An Çanqrim, olimpiadanın qızıl (66 kiloqramda) və bürünc mükafatçısı gürcüstanlı Laşa Şavdatuaşvili, son DÇ-nin bürünc mükafatçısı monqolustanlı Qanbatar Odbayaar, beynəlxalq turnirlərin dəfələrlə qalib və mükafatçısı isveçli Tommi Masias, olimpiya çempionu(66 kq) italiyalı Fabio Bazile təmsilçilərimizin əsas rəqibləridir.
İnadkar Mehdiyev
25 yaşlı Mehdiyev favoritlər sırasında olmasa da, inadkarlığı hesabına bizə xoş sürpriz bəxş edə bilər. Mehdiyevin əsas üstünlüyü budur ki, o, titulundan asılı olmayaraq, heç bir rəqibdən çəkinmir. Sonadək eyni templə mübarizə aparmağı bacarır. "Doğma divarlar" amili isə əzmini daha da gücləndirəcək.
90 kiloqramda favorit göstərmək, əvvəlki çəki dərəcələrinə nisbətdə xeyli çətindir. Yaponlar bu çəkidə sonuncu "qızıl"ı 13 il əvvəl qazanıb. Bakıdakı təmsilçiləri Kenta Naqasavanın şansları, ən azından, əvvəlki üç çəkidəki komanda yoldaşlarından azdır. Burada əsas diqqətlər son dünya çempionu serbiyalı Nemanya Maydov, son Avropa çempionu rusiyalı Mixail İqolnikov, keçmiş dünya çempionu və Rio olimpiadasının bürünc mükafatçısı, cənubi koreyalı Qvak Donqhan və "Dünya Turu" seriyasının səkkizqat qalibi gürcüstanlı Beka Qviniaşviliyə yönəlib.
Daha iki iddia
Elmar bir müddət tamidən uzaq düşmüşdü. Bu, onun reytinqinə mənfi təsir etsə də, mükafat qazanması reallıqdan uzaq səslənmir. Rəqiblərinə yaxşı bələddir. Üstəlik, özünəinamı da yüksəkdir.
20 yaşlı Zelim isə artıq kifayət qədər adından söz etdirib. Gənclərin dünya və Avropa çempionu, aktivinə həm də böyüklərin qitə "bürünc"ü, iki Qran Pri "qızıl"ı yazdırıb. Kotsoyev texnikalı, cəmi 20 yaşında olmasına rəğmən, tatamidə olduqca soyuqqanlıdır. Rəqibə nadir hallarda boşluq verir.
Doğma publika amilini də üstünə gəlsək, təmsilçilərimiz nisbətən iddialılar sırasındadırlar. Digərləri isə hazırkı dünya çempionu yaponiyalı Aron Volf, olimpiadanın və DÇ-lərin üçqat gümüş mükafatçısı, üçqat Avropa çempionu gürcüstanlı Varlam Liparteliani, açıq çəkidə dünya çempionatının gümüş mükafatçısı, hazırkı Avropa çempionu belçikalı Toma Nikiforov, olimpiya üçüncüsü, fransalı Sirill Mare və Rusiya təmsilçiləri Niyaz İlyasovla Kiril Denisovdur.
Sadəcə, Kindzerska...
Qadınlardan ibarət millimizin çalışdırıcısı Natiq Bağırov bu cüdoçulara şans verib:
48 kq - Aişə Qurbanlı
52 kq - Gültac Məmmədəliyeva, Purevsuren Buyanxişiq
57 kq - Muntxsedev İçinxorlo
+78 kq - İrina Kindzerska
Komandanın heyətində sadəcə, İrina Kindzerskanın mükafatçılar sırasında yer alacağını gözləmək olar. Son DÇ-nin bürünc mükafatçısı Bakıda, ən azından, bu nəticəni təkrarlamaq iqtidarındadır. Reytinqi, bununla yanaşı, özünəinamı yüksəlib. Digər təmsilçilərimizin medal perspektivləri çox aşağıdır.
Qadınlardan ibarət yığmamızın "dişsizliy"ini nəzərə alsaq, qarışıq şəkildə baş tutacaq komanda yarışında fərqlənmək ehtimalımız da azdır. Burada əsas favoritlər həm kişi, həm də qadın cüdosunun inkişaf etdiyi ölkələr - Yaponiya, Fransa, Braziliya, Monqolustan və Cənubi Koreyadır.
Cüdonun tanınmış simaları nə düşünür?
Olimpiya və ikiqat Avropa çempionu, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli: "Böyük bayram ərəfəsindəyik. Bu, Azərbaycanın idman ölkəsi imicini təsdiqləmək üçün növbəti fürsətdir. Təşkilatçılıq ölkəmizin adına layiq, yüksək səviyyədə qurulub. Cüdoçularımız da yarışa yaxşı hazırlıq keçib. Kişilərdən ibarət komandamızın hər bir üzvündən medal gözləyirəm. Burası da var ki, cüdoda ani bir ehtiyatsızlıq arzuolunmaz sonluqla nəticələnə bilər. Ona görə, konkret adlar çəkmək, həmin cüdoçuların çiyinlərindəki yükü daha da artırmaq istəmirəm".
Kişilərdən ibarət komandamızın keçmiş baş məşqçisi Fərhad Məmmədov: "Xaricdə keçirilən məşqlər komandaya yaxşı təsir göstərib. Cüdoçuların bir neçəsi ilə tez-tez əlaqə saxlayıram, əhval-ruhiyyələri yüksəkdir. Düşünürəm ki, komanda yaxşı nəticə göstərəcək. 60, 73 və 100 kiloqramdakı cüdoçularımıza inamım daha çoxdur".
İkiqat paralimpiya çempionu İlham Zəkiyev: "Komanda ilə bir müddət təlim-məşqlərdə iştirak etdim. Ümumi durum yüksək səviyyədədir. Orxan çəkinin əsas favoritidir. Kəramət isə mükafatlar uğrunda mübarizə apara bilər. Nicatın da hazırlıq durumu ürəkaçandır, ondan mükafat gözləyirəm. Hidayətlə Rüstəm birbaşa "qızıl"a iddialıdırlar. Məmmədəli məşqlərdə özünü yaxşı tərəfdən göstərdi, onun da medal şanslarını istisna etmirəm. Hətta çempionluq üçün də mübarizə apara bilər. Elmar iddialıdır. Necə deyərlər, dilinə görə də dilçəyi var. Məşqlərdə necə istəkli, hazırlıqlı olduğunu hiss etdim. Zelim də Elmardan heç geri qalmır. Kokaurinin əsas problemi psixoloji durumudur. Fiziki və taktiki cəhətdən xeyli artırıb. Bu dəfə onun haqqında fərqli düşünürəm. Yarış vaxtı biz də əlimizdən gələn qədər ona psixoloji yardım edəcəyik. Qadınlardan isə sadəcə, İrina Kindzerskanın mükafatlara namizəd olduğunu düşünürəm. Yekun nəticədə, məncə, 4 mükafat qazanacağıq. Onun da heç olmasa, biri qızıl olmalıdır".
Sahib

İnamsız Kokauri
26 yaşlı gürcüstanlı legionerin mükafatçılar sırasına düşmək üçün
ciddi potensialı yoxdur. Fiziki və taktiki cəhətdən rəqiblərinin bir çoxundan
geri qalır, özünəinamı aşağı səviyyədədir.Sadəcə, Kindzerska...