• cümə, 29 Mart, 09:23
  • Baku Bakı 5°C

Bakı müəssisələrində tikinti materialları istehsalı 20 faizdən çox artıb

10.12.17 10:00 2876
Bakı müəssisələrində tikinti materialları istehsalı 20 faizdən çox artıb
2017-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərində tikinti materialları istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 363,4 milyon manatlıq məhsul istehsal olunub. Bu, ötən ikin eyni dövrü ilə müqayisədə 21,1 faiz çoxdur.
Bakı şəhər Statistika İdarəsindənAZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə sement istehsalı 25,2 faiz, betondan yığma konstruksiyalar istehsalı 2,4 dəfə, hörgü üçün hazır beton qarışığı istehsalı 30,1 faiz, tikinti kərpici istehsalı isə 67,5 faiz artıb.
banner

Oxşar Xəbərlər