• cümə axşamı, 28 mart, 19:13
  • Baku Bakı 13°C

Bakı metrosunda qorxulu anlar yaşandı

28.02.14 16:05 1236
Bakı metrosunda qorxulu anlar yaşandı
Axar.az-ın verdiyi məlumata görə, "Nərimanov" metro stansiyasında az öncə qatarların hərəkətində problem yaranıb.
"Həzi Aslanov" stansiyası istiqamətində hərəkət edən iki qatar ardıcıl olaraq "Nərimanov" metro stansiyasından "Bakmil" stansiyasına hərəkət edib. Ardınca gələn qatar isə 6 dəqiqə qapıları açıq vəziyyətdə stansiyada qalıb.
2 dəqiqəlik fasilədən sonra "Nərimanov" stansiyasına yaxınlaşmaqda olan növbəti qatar platformada dayanan qatarın hərəkət etməməyi üzündən təxminən 4 dəqiqə tuneldə qalmalı olub.
Metropolitenin stansiyadakı bələdçilərinin bildirdiyinə görə, buna səbəb texniki nasazlıqdır.
banner

Oxşar Xəbərlər