• cümə axşamı, 28 mart, 14:35
  • Baku Bakı 16°C

Bakı metrosunda oğurluq edən cibgir dəstə tutuldu

30.07.18 13:25 687
Bakı metrosunda oğurluq edən cibgir dəstə tutuldu
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ictimai nəqliyyatda oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıblar.
DİN-dən Trend-ə verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə müraciət edən Qazax rayon sakini S.Şıxıyevaya "Gənclik” stansiyasında qatarda çantasından mobil telefonunun oğurlandığını bildirib.
Məlumatla əlaqədar dərhal polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb və qısa müddətdə oğurluq etməkdə şübhəli bilinən 3 nəfər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Balakən rayon sakini Rəşad Qurbanov və əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini Zaur Ələkbərov və Sumqayıt şəhər sakini Təvəkkül Cavadov olduqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.

banner

Oxşar Xəbərlər