• şənbə, 20 Aprel, 08:14
  • Baku Bakı 14°C

Bakı metrosunda intihara cəhd olub

12.01.18 12:30 858
Bakı metrosunda intihara cəhd olub
Bakı metrosunda intihara cəhd olub.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev "APA-Economics”ə açıqlamasında bildirib ki, hadisə 09:18 radələrində "Qara Qarayev" metro stansiyasında qeydə alınıb.
Belə ki, "H.Aslanov" metrostansiyasından "Dərnəgülə"ə gedən, 28 saylı marşrut üzrə hərəkət edən qatar "Qara Qarayev” metrostansiyasına daxil olanda 60-70 yaşında bir kişi özünü qatarın altına atmaq istəyib.
"Lakin qatar həmin şəxsi vuraraq platformaya atıb, intihara cəhd edən şəxs relslərin üzərinə düşməyib. Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb. İntihara cəhd edən şəxsin vəziyyəti ağırdır”, - deyə N.Paşayev vurğulayıb.
banner

Oxşar Xəbərlər