• cümə, 19 Aprel, 02:49
  • Baku Bakı 18°C

Bakı metrosu qış qrafikinə keçir

26.08.14 16:06 1028
Bakı metrosu qış qrafikinə keçir
Bu barədə “APA-Economics”ə “Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
“Qatarların hərəkətində qış qrafikinə keçid adətən sentyabr ayında məktəblərdə dərslər başlamamışdan bir neçə gün qabaq, sentyabr ayının 10-12-si tarixləri arasında olur. Böyük ehtimalla bu il də qış qrafikinə keçid həmin ərəfədə olacaq”, - deyə N. Paşayev bildirib.
Onun sözlərinə görə, metropolitenində qış qrafiki zamanı xətlərə 30 qatar buraxılırdısa, yay qrafikinə keçiddən sonra onların sayı 24-ə endirilib: “Qış qrafikinə keçəndən sonra xəttə buraxılan qatarların sayını yenidən artıracaq, qatarlar arasında intervalı isə azaldacağıq. İnterval yenə də sərnişin sıxlığı nəzərə alınmaqla 2-3 dəqiqə təşkil edəcək. Qrafiklərin dəyişməsi zamanı əsas amil sərnişinlərin sıxlığıdır. Sərnişin sıxlığı çox olduqda yeni qrafikə keçid daha tez də başa tuta bilər”.
O qeyd edib ki, hazırda qış qrafikinə keçidlə bağlı bütün metropoliten üzrə təmir işləri və hazırlıqlar davam edir və artıq yekunlaşmaq üzrədir: “Yay qrafikinə keçdikdən sonra “Elmlər Akademiyası” stansiyasında əsaslı təmirə dayandırılmış eskalatorla bağlı işlər demək olar ki, tam başa çatıb: “Hazırda həmin eskalator sınaq yürüşündədir. Eskalator qış qrafikinə keçdikdən sonra sərnişinlərin istifadəsinə veriləcək”.
banner

Oxşar Xəbərlər