• şənbə, 20 Aprel, 16:32
  • Baku Bakı 23°C

"Bakı Metropoliteni" işini bərpa etdi

04.07.18 13:13 482
"Bakı Metropoliteni" işini bərpa etdi
Ötən gün axşam saatlarından fəaliyyətini dayandıran "Bakı Metropoliteni" işini bərpa edib.
Trend-in məlumatına görə, artıq bu gün saat 13:00-dan başlayaraq paytaxt sakinləri metrodan istifadə edə biliblər.
Qeyd edək ki, dünən elektrik enerjisinin kəsilməsi nəticəsində "Bakı Metropoliteni" QSC-nin işində problem yaranmışdı.

Bununla əlaqədar metrodakı bütün sərnişinlər təxliyə edilmişdi.
Bu gün səhər "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirmişdi ki, elektrik enerjisi tam təmin edilənə qədər metro sinaq rejimində çalışacaq.

banner

Oxşar Xəbərlər