• cümə axşamı, 25 aprel, 10:18
  • Baku Bakı 14°C

Bakı Metropoliteni iki yeni stansiyanı istismara verməyə hazırlaşır

10.01.15 10:45 1232
Bakı Metropoliteni iki yeni stansiyanı istismara verməyə hazırlaşır
"Bakı Metropoliteni" QSC "bənövşəyi" xəttin ilk iki stansiyasının - "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarının açılması üzrə planlarını saxlayır. Bunu Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, qeyd edilən stansiyaların yaradılması çərçivəsində əsas tikinti işləri demək olar başa çatıb: "Hazırda zəruri avadanlıq, sistemlərin quraşdırılması və stansiyaların abadlaşdırılması üzrə işlər aparılır".
N. Paşayev əlavə edib ki, stansiyaların tikintisi üzrə işlər davam edir: "Plana uyğun olaraq onların artıq bu iı istismara verilməsi planlaşdırılır.
Qeyd edək ki, Bakı Metropoliteninin "bənövşəyi" xətti 12 stansiyadan ibarət olacaq.
banner

Oxşar Xəbərlər