• cümə, 29 Mart, 11:54
  • Baku Bakı 5°C

Bakı Metropoliteni gələn il 50 yeni qatar alacaq

08.11.18 18:48 557
Bakı Metropoliteni gələn il 50 yeni qatar alacaq
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti gələn il 50 yeni və müasir vaqon alacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında qurumun istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.
Ə.Osmanovun sözlərinə görə, gələn il yeni stansiyanın açılışı ilə bağlı metropolitenin vaqon parkı yenilənəcək: "Alınan 50 vaqondan 20-i, yəni 4 qatar tərkibi yeni xəttə, 6 qatar tərkibli 30 vaqon isə köhnə xətlərə buraxılacaq. Köhnə xətlərdə istismar müddəti başa çatan qatarlar xətdən çıxarılacaq."
Ə.Osmanov bildirib ki, yeni qatarlar Rusiyanın "Metrovaqonmaş" şirkətindən alınıb.
banner

Oxşar Xəbərlər