• şənbə, 20 Aprel, 07:47
  • Baku Bakı 14°C

Bakı Metropoliteni AFFA-ya müsbət cavab verdi

02.10.13 13:49 1577
Bakı Metropoliteni AFFA-ya müsbət cavab verdi
Metropolitendən Trend-ə bildiriblər ki, oktyabrın 15-də Azərbaycan milli futbol komandası Dünya Kuboku-2014-ün Avropa seçmə zonasında keçirilən yarışın qrup mərhələsi çərçivəsində Rusiya millisi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq və təxminən 24:00-da başa çatacaq.
Oktyabrın 15-dən 16-na keçən gecə metropolitenin işləməsi ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Bakı Metropoliteninə müraciəti daxil olub.
Hərəkət xidmətinin rəisi Hidayət Məmmədov bildirib ki, müraciətə müsbət cavab verilib və metropoliten qeyd edilən vaxtda oyundan sonra, istisna hal kimi, son azarkeş-sərnişinə qədər xidmət göstərəcək.
Qeyd edək ki, adi vaxtlarda metropoliten hər gün səhər saat 6-dan gecə saat 12-yə qədər işləyir.
banner

Oxşar Xəbərlər