• cümə, 19 Aprel, 10:04
  • Baku Bakı 13°C

Bakı məktəblilərindən maraqlı flaş-mob

12.11.14 13:43 1169
Bakı məktəblilərindən maraqlı flaş-mob
Ölkə Prezidentinin sagirdlərə olan diqqət və qayğısı nəticəsində həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində bu dəfə Gəncə şəhərinə Bakı şəhərindən olan şagirdlər səfər etmiş, Gəncənin gəzməli-görməli yerləri ilə tanış olmuş və özlərinə yeni dostlar qazanmışlar.
Bu tur-aksiyada şagirdlər yenilik ediliblər. Belə ki, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Bakının Xətai rayon məktəbliləri Gəncə şəhərinin Cavad xan küçəsində “Əsgər Marşı”nın sədaları altında, xüsusi geyimlərdə, ölkə bayrağı ilə əsgər keçidi edib, bir növ həmrəylik nümayiş etdiriblər. Flashmobda əvvəlcə hər kəs eyni anda eyni hərəkətlərlə rəqs edib və daha sonra onlar ardıcıl olaraq əsgər yerişi yeriyiblər. Nağara müsiqi alətinin sədaları altında isə, ucadan “Salam Azərbaycan” səsləndiriblər.
Qeyd edək ki, flashmobun keçirildiyi Uzunluğu 500-dən çox olan Cavad Xan küçəsi Gəncənin tarixində mühüm yerlərdən birini tutur. Heç təsadüfi deyil ki, ötən ayın 18-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncənin qeyrət rəmzi olan Cavad xanın adını daşıyan bu küçədə adi vətəndaşlarla, o cümlədən şagirdlərlə səmimi, ürəkdolusu görüşüb. Bu görüş insanlar tərəfindən böyük səmimiyyət və sevinclə qarşılanıb. Şəhərimizin tarixinə yazılan bu anlar uşaqdan böyüyə hər bir sakinin daim xatirəsində qalacaq.
Məlumat üçün bildirək ki, Cavad xan küçəsində əsasən XIX əsrin ikinci yarısında tikilmiş tarixi binalar yerləşir. Təxminən il yarım bundan qabaq bu küçədə yerləşən binaların və digər tikililərin fasadları yenidən qurulub. Tarixi və müasir memarlıq elementlərinin vəhdəti binaların fasadında öz əksini tapıb. Ərazidə irimiqyaslı quruculuq işləri həyata keçirilən zaman küçədə 7 ədəd dekorativ fəvvarə inşa olunub. Gecə işıqlandırma dirəkləri, milli-memarlıq elementi olan buta formasında oturacaqlar, küçənin müxtəlif hissələrində heykəllər (muğam üçlüyü, qartal və s) quraşdırılıb. 7 min 703 kv.metr sahəyə qranit döşənib. Bundan başqa, Azərbaycan Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” qəzetinin ilk nömrəsinin dərc olunduğu tarixi mətbəənin binası əvvəlki görkəminə qaytarılıb. AXC-nin qurucularından olan Xasməmmədov qardaşlarının yaşadığı ev, həmçinin 1899-cu ildə tikilən və alman mühəndisi Zingerin yaşadığı ev də Cavad xan küçəsinin tarixi tikililərindəndir. Aparılan abadlıq-quruculuq işlərindən sonra sanki muzeyə çevrilmiş Cavad xan küçəsində dəmir haşiyələr və məhəccərlər Gəncə memarlığına uyğun hazırlanmışdır. Binaların dam örtükləri də yenidən qurulmuş, qapılar və darvazalar milli şəbəkə formasında hazırlanmışdır. Küçəyə kanalizasiya xətləri çəkilmiş, qaz və su boruları yerin altına salınmışdır.Burada, həmçinin, xalçaçılıq, rəssamlıq və misgərlik dərnəkləri də fəaliyyət göstərir.
Cavad xan küçəsi hazırda Gəncə şəhər əhalisi və turistlərin ən çox gəzdiyi, orada yaradılan gözəllikləri seyr edərək asudə vaxtlarını səmərəli keçirdikləri məkanlardan biridir.
banner

Oxşar Xəbərlər