• cümə axşamı, 28 mart, 23:45
  • Baku Bakı 13°C

“Bakı məktəblərində təhlükəli tendensiya var“ - Nazir

16.12.14 12:31 1186
“Bakı məktəblərində təhlükəli tendensiya var“ - Nazir
"Bu gün Bakı məktəblərində kişi və qadın müəllimlər arasında təhlükəli tendensiya var. Yeni işə qəbul olunan müəllimlərin gender dinamikasında bu problem yoxdur, amma ümumilikdə götürdükdə bu məsələdə natarazlıq mövcuddur və bu, bizi narahat edir". APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.
M. Cabbarov bildirib ki, bu tendensiya bu gün yaranmayıb və nazirliyin diqqətindədir. Nazirlik tərəfindən bu tendensiyanın aradan qaldırılması istiqamətində görülən işlərə gəlincə, M.Cabbarov qeyd edib ki, son illər ərzində Azərbaycanda müəllimlərin işə qəbulu yalnız bir meyara – peşəkar keyfiyyətlərə əsasən həyata keçirilir.
banner

Oxşar Xəbərlər