• cümə axşamı, 25 aprel, 09:42
  • Baku Bakı 14°C

Bakı məktəblərində bəzi vəzifələrə işə qəbul imtahanının vaxtı bilinib

24.01.18 13:50 544
Bakı məktəblərində bəzi vəzifələrə işə qəbul imtahanının vaxtı bilinib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrindəGənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborantvəzifələrinə, BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul üzrəelan edilmiş müsabiqələrin test imtahanı mərhələsinin vaxtı və yeri dəqiqləşib.
BŞTİ-dən APA-ya verilən məlumata görə, imtahanlar 29-30 yanvarda Bakı şəhəri220 nömrəli məktəb-liseyin inzibati binasında təşkil olunacaq.
I mərhələnin (elektron ərizələrdə qeyd olunmuş məlumatlar əsasında müraciət etmiş şəxsin müvafiq vəzifə üzrə müsabiqədə iştirak üçün uyğunluğunun yoxlanılması) yekunu barədə məlumatlar qeydiyyatdan keçmiş namizədlərin şəxsi səhifələrinə göndərilib.
Müsabiqələrin I mərhələsində 1157 müraciət təhlil edilib və 1053 nəfər test imtahanı mərhələsinə buraxılıb.
Onlardan 91-iGənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, 267-si uşaq birliyi təşkilatı rəhbəri, 637-si laborantolmaq üçün qeydiyyatdan keçib. 58 nəfər isə TDM-də çalışmaq üçün müsabiqəyə qatılıb.
Hər bir iştirakçının imtahan vaxtı barədə məlumat 26.01.2018-ci il tarixədək şəxsi səhifəyə göndəriləcək.
Müsabiqə ilə bağlı hər hansı sual yaranarsa, namizədlər (012) 599-12-22 (daxili: 6022; 6028), mobil: 055-336-36-39 nömrəli telefonlar vasitəsilə əlaqə saxlaya bilərlər.
Müsabiqə ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün iştirakçılara şəxsi kabinetlərini mütəmadi izləmələri tövsiyə edilir.
banner

Oxşar Xəbərlər