• cümə, 29 Mart, 09:47
  • Baku Bakı 5°C

Bakı məktəblərində 45 saxta diplom aşkarlanıb

11.09.14 12:25 1036
Bakı məktəblərində 45 saxta diplom aşkarlanıb
Bu il 7 məktəb direktoru vəzifəsindən azad edilib, 32 direktor intizam məsuliyyətinə cəlb olunub”
“Sentyabrın 20-də Bakıda müəllimlərin sınaq qiymətləndirilməsində iştirak etməmiş müəllimlərin sınaq qiymətləndirilməsi aparılacaq”. Lent.az-ın məlumatına görə, bunu Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev bildirib. O qeyd edib ki, bu ilin iyun ayında keçirilən müəllimlərin sınaq qiymətləndirilməsində Bakı məktəblərinin müəllimlərinin 96 faizi iştirak edib. “Müəllimlərin 14.4 faizi qiymətləndirilmədə zəif, 85.6 faizi qənaətbəxş nəticə göstərib”.
Müdir əvəzi bildirib ki, 2013-2014-cü ilin nəticələrinə görə, 20155 şagird attestat alıb. “Gələn ildən etibarən şagirdlərin məktəblərə qəbulu elektron formada həyata keçiriləcək”.
Şəffaflıq məsələsinə gəlincə, E. Əliyev qeyd edib ki, hesabat ilində Bakı məktəblərində 45 saxta diplom aşkarlanıb: “Bundan əlavə, 7 məktəb direktoru vəzifəsindən azad edilib, 32 məktəb direktoru intizam məsuliyyətinə cəlb olunub”.
banner

Oxşar Xəbərlər