• şənbə, 20 Aprel, 14:46
  • Baku Bakı 23°C

Bakı məktəbləri yeni qida standartlarının tam tətbiqinə hazırlaşır

04.12.13 12:28 1188
Bakı məktəbləri yeni qida standartlarının tam tətbiqinə hazırlaşır
Çünki onlar millətin gələcəyidir. Bu baxımdan da Azərbaycanda “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tətbiqi ilə bağlı məsələyə diqqət etmək və nəzarəti həyata keçirmək üçün müəyyən işlər görülür”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib. O bildirib ki, ilkin mərhələ artıq başlayıb və Bakıda yerləşən 320-dən çox dövlət məktəbində qida standartlarının tətbiqi ilə bağlı tam unifikasiya işlərinin həyata keçirilməsi üçün özəl operatorların bu işə cəlb edilməsinə başlanılıb. Nazirin sözlərinə görə, yanvarın 1-dən bu proses bütün məktəbləri əhatə edəcək: “Bakı məktəbləri ölkədə yerləşən məktəblərin cəmi 8%-ni əhatə etməsinə baxmayaraq, orada oxuyan şagirdlərin sayı 27%-dən çoxdur. Ona görə də biz bu layihənin 1-ci mərhələsini Bakı şəhərini əhatə etməklə proseslərin böyük hissəsini əhatə etmiş oluruq. Ölkənin digər ərazisində bu tədris ili ərzində standartların tam həcmdə tətbiq olunması üçün işləri başa çatdırmalıyıq”.
banner

Oxşar Xəbərlər