• cümə, 29 Mart, 03:57
  • Baku Bakı 7°C

Bakı Media Mərkəzi Beynəlxalq Velosipedçilər İttifaqı ilə əməkdaşlığı uğurla davam etdirir

09.06.19 09:42 500
Bakı Media Mərkəzi Beynəlxalq Velosipedçilər İttifaqı ilə əməkdaşlığı uğurla davam etdirir
Bakı Media Mərkəzi baş qərargahı İsveçrənin Eql şəhərində yerləşən Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) ilə əməkdaşlığını uğurla davam etdirir.
Bu qurumla əldə olunan razılığa əsasən, Fransa Velosiped Federasiyası tərəfindən təşkil edilən "BMX Supercross” kuboku üzrə Fransa Milli Çempionatının canlı yayımını həyata keçirmək üçün Bakı Media Mərkəzinin çəkiliş qrupu Fransanın Sənt–Kuantən-an-İvelin şəhərinə gəlib.
AZƏRTACxəbər verir ki, bu beynəlxalq idman qurumu ilə razılaşmaya əsasən, Bakı Media Mərkəzi 2020-ci ilin sonuna qədər İttifaqın velosiped idmanının "BMX Supercross” növü üzrə təşkil olunan dünya super kuboku üçün nəzərdə tutulmuş zəruri yayım xidmətlərini həyata keçirəcək. Bu kubokların promo video çəkilişlərini də Bakı Media Mərkəzi aparacaq.
Fransadan əvvəl Bakı Media Mərkəzinin çəkiliş qrupu Böyük Britaniyaya gedərək Mançester və Papendal şəhərlərində keçirilmiş yarışların çəkilişini aparıb.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının "BMX Supercross” dünya kuboku növü üzrə təşkil etdiyi çempionat turları qlobal xarakter daşıyır. 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına qədər bu yarışlar iki il ərzində Böyük Britaniya, Hollandiya, Fransa, ABŞ, Argentina və Avstraliyada təşkil olunacaq.
banner

Oxşar Xəbərlər