• cümə axşamı, 25 aprel, 20:16
  • Baku Bakı 21°C

Bakı Mədəniyyət və Turizm Baş İdarəsi sistemində təyinatlar olub

14.09.16 15:05 1017
Bakı Mədəniyyət və Turizm Baş İdarəsi sistemində təyinatlar olub
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi sistemində yeni təyinatlar olub.

QurumdanAPA-ya verilən məlumata görə, idarə rəisininəmrinə əsasən şəbəkəyə daxil olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialının müdiri vəzifəsinə Yeganə Məmmədova, V. Mustafazadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə Afət İbrahimova təyin edilib.

Digər əmrə əsasən R.Behbudov adına 2 nömrəli 11 illik Musiqi Məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsinə Gülara Nuriyeva təyin olunub.

Qurumdan əlavə ediblər ki, təyinatlar mədəniyyət ocaqlarında yeni iş sisteminin qurulması və gücləndirilməsi üçün həyata keçirilir.
banner

Oxşar Xəbərlər