• cümə, 26 Aprel, 13:49
  • Baku Bakı 23°C

Bakı marşrutlarında dəyişiklik - Cədvəl

28.08.14 18:38 2764
Bakı marşrutlarında dəyişiklik - Cədvəl
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt ərazisində işləyən sərnişin avtobuslarının hərəkət qrafikində baş verən dəyişikliklərlə bağlı məlumat yayıb.
Mərkəzdən APA-ya verilən məlumata görə, 6 sərnişin xətt avtobusun istiqaməti dəyişdirilib.
Belə ki, başlanğıc marşrutu Y.Qasımov küçəsi 58, son nöqtəsi C.Naxçıvanski adına hərbi məktəb olan 23 saylı sərnişin avtobusunun son nöqtəsi Laçın Ticarət Mərkəzi, başlanğıcı “Xətai” metro stansiyası, son nöqtəsi Biləcəri dəmir yolu stansiyası olan 90 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunun başlanğıc nöqtəsi Fizuli meydanı, başlanğıc nöqtəsi “Elmlər Akademiyası” metro stansiyası, son nöqtəsi Həzi Aslanov metro stansiyası istiqamətində hərəkət edən 95 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunun başlanğıc nöqtəsi Fizuli Meydanı, başlanğıc nöqtəsi “Nərimanov” metro stansiyası, son nöqtəsi Maştağa qəsəbəsi B.Bağırov küçəsi olan 131 saylı sərnişin avtobusunun başlanğıc nöqtəsi “Ulduz” metro stansiyası, başlanğıc nöqtəsi Maştağa qəsəbəsi Həsən bəy Zərdabi küçəsi, son nöqtəsi Sabunçu dəmiryol stansiyası olan 168 saylı sərnişin avtobusunun başlanğıc nöqtəsi Albalılıq, başlanğıc nöqtəsi “Qara Qarayev” metro stansiyası, son nöqtəsi Pirşağı qəsəbəsi olan 173 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunun başlanğıc nöqtəsi “Ulduz” metro stansiyası olaraq dəyişdirilib.

banner

Oxşar Xəbərlər