• çərşənbə, 24 Aprel, 08:52
  • Baku Bakı 13°C

"Bakı Marafonu 2017"nin növbəti açıq hava təlimi keçirilib

02.04.17 18:46 674
"Bakı Marafonu 2017"nin növbəti açıq hava təlimi keçirilib
Bu gün "Bakı Marafonu 2017"nin növbəti açıq hava təlimi keçirilib.
"Report"un məlumatına görə, yarışa hazırlıq prosesiHeydər ƏliyevMərkəzinin qarşısında baş tutub.
"Bakı Marafonu 2016"nın qalibi Namiq Əsədovun rəhbərliyi altında reallaşan təlimdə əsas diqqət qaçış elementlərinin yerinə yetirilməsinə yönəldilib. Saat 10:00-da start götürən məşqlər bir saat yarım davam edib.
N.Əsədov bildirib ki, 2016-cı il ilə müqayisədə marafonda iştirak etmək istəyənlərin sayı dəfələrlə çoxdur. O, təlimlərə maraq göstərənlərin sayında da artım olduğunu söyləyib:
"Ölkəmizdə bu cür marafonun keçirilməsi və ənənə halı alması sevindirici haldır. "Bakı Marafonu 2017"yə istər Azərbaycanda, istərsə də xarici ölkələrdən böyük maraq var. Hazırda təxminən 7 min nəfərə yaxın şəxs marafonda iştirak etmək üçün qeydiyyatdan keçib. Təlimlərimiz bir qayda olaraq şənbə və bazar günlər keçirilir. Şənbə günləri trinajor zalında fiziki hazırlığa diqqət yetiririk. Ertəsi isə açıq hava məşqlərimiz olur. İştirakçılar burada müəyyən məsafələrə qaçmaqla yanaşı, qaçış elementlərini də yerinə yetirirlər".
Təlimə qatılanlardan paytaxt sakini Sabit Əliyev ehtiyatda olan hərbçidir. O, marafonda iştirak edəcəyini və Azərbaycanda bu cür layihələrin həyata keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib:
"Peşəkar idmançı deyiləm, ehtiyatda olan zabitəm. Marafonda ilk dəfə iştirak edəcəyəm. Uşaqlıqdan idmanla məşğul olsam da, heç vaxt marafona qatılmamışam. Ölkəmizdə bu cür tədbirin həyata keçirilməsi təqdirəlayiqdir. Özüm hərbçi olmuşam deyə, hər zaman idman formamı qorumuşam. İndiyə qədər qaçdığım ən uzaq məsafə 15 km. olub. Ancaq marafonda sona qədər, 21 km qaçacağam".
Təlim iştirakçıları arasında xanımlar da kifayət qədərdir. Bakı sakini Svetlana Uxova da marafonu səbrsizliklə gözləyənlərdəndir:
"Ötən il marafon barədə eşitsəm də, qatıla bilməmişdim. Ona görə də indidən təlimlərə yazılmışam. Bu cür təlimlərin təşkil olunmasını və marafonun keçirilməsini sevinclə qarşıladım. Reklam agentliyində çalışsam da, hər zaman idmana böyük marağım olub. Uzaq məsafələrə qaçmaq cəlbedicidir. Daha əvvəl Qaxda, İlisuda meşəlik ərazidə 25 km. məsafəyə qaçmışam. Düşünürəm ki, "Bakı Marafonu 2017"də 21 km. məsafəni qət etmək mənim üçün çətin olmamalıdır".
Qeyd edək ki, aprelin 30-da keçiriləcək "Bakı Marafonu 2017” saat 10:00-da start götürəcək.
banner

Oxşar Xəbərlər