• şənbə, 20 Aprel, 11:19
  • Baku Bakı 14°C

“Bakı Marafonu 2017”nin AzTU-da təqdimatı keçirilib

28.03.17 21:18 845
“Bakı Marafonu 2017”nin AzTU-da təqdimatı keçirilib
"Bakı Marafonu 2017”nin icraçıları və tərəfdaşları Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri ilə görüşüb. Tədbirdə çıxış edən AzTU-nun prorektoru İsa Xəlilov son illər ölkədə idmana göstərilən dövlət qayğısından söz açaraq qeyd edib ki, Texniki Universitetdə sağlam gəncliyin yaranması və qorunub saxlanılması məsələsi daima prioritet olub. Prorektor "Bakı Marafonu 2017”dən danışarkən ötən il AzTU tələbələrinin göstərdiyi naliyyətləri də yadda salıb. Bildirilib ki, "Bakı Marafonu 2016”da AzTU-nun maşınqayırma fakültəsinin tələbəsi Əsgər Bəylərov finiş xəttini keçənlər arasında 7-ci yeri tutaraq ilk onluğa düşüb. Vurğulanıb ki, bu il tələbələrdən daha yaxşı nəticələr göstərmələri gözlənilir.

Daha sonra Bakı Marafonunun tarixi, iştirak qaydaları, qeydiyyat prosesi, hədiyyələr, marşrut barəsində tədbir iştirakçılarına geniş məlumat verilib. Bildirilib ki, marafonun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah məqsədlə bir araya gətirməkdir.

Qaliblər üçün nəzərdə tutulan mükafatlar nəzərə çatdırılıb, həmçinin qaçış zamanı idman ayaqqabıları və geyimlərin seçilməsi qaydaları barədə tələbələrə məsləhətlər verilib.

Sonda tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, aprelin 30-da keçiriləcək "Bakı Marafonu 2017” saat 10:00-da start götürəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə "Sport Marketing Group” (SMG) şirkəti həyata keçirir.




banner

Oxşar Xəbərlər