Bakı-Lvov marşrutu ilə aviareyslər başlayıb
AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, iyunun 16-dan başlayan Bakı-Lvov-Bakı marşrutu ilə birbaşa aviareyslər sentyabrın 15-dək yerinə yetirəcək. Uçuşlar «Airbus A-319» və «Airbus A-320» təyyarələri ilə həftədə iki dəfə – cümə axşamı və bazar günü həyata keçirilir.
Bakıdan Lvova uçuş yerli vaxtla saat 08:30-da, əks istiqamətdə isə saat 11:10-da yerinə yetirilir. Bakı-Lvov aviareysi üzrə uçuş 3 saat 30 dəqiqə davam edir.
Bakıdan Lvova uçuş yerli vaxtla saat 08:30-da, əks istiqamətdə isə saat 11:10-da yerinə yetirilir. Bakı-Lvov aviareysi üzrə uçuş 3 saat 30 dəqiqə davam edir.