• cümə axşamı, 28 mart, 20:51
  • Baku Bakı 13°C

Bakı Limanı dünya səviyyəli Yaşıl Liman kimi inkişaf edir

22.10.16 21:02 1332
Bakı Limanı dünya səviyyəli Yaşıl Liman kimi inkişaf edir
BMT-nin Qlobal Ətraf Mühit Fondunun nümayəndə heyəti Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub.
LimandanAZƏRTAC-a bildirilib ki, BMT nümayəndə heyətinin səfərlərinin əsas məqsədi - Yaşıl Liman layihəsinin ərazisi ilə tanış olmaq olub. Bakı Limanın İstismar Xidmətinin müdiri Yevgeni Si qonaqları liman ərazisi ilə tanış edərək bildirib ki, Bakı Limanı ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq dünya səviyyəli Yaşıl Liman (Green Park) kimi inkişaf edir.
O bildirib ki, bu inkişaf tədbirləri enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət, eləcə də dayanıqlı biznes təcrübələri kimi sahələri əhatə edir. Yaşıl limanlar yüklərin paylanması, o cümlədən materialın idarə edilməsi (saxlanması və paketlənməsi), tullantıların idarə edilməsi, fiziki paylaşdırma kimi əməliyyatların ekoloji və enerji nəticələrinin azaldılmasına yönələn fəaliyyət həyata keçirir.
Ələt qəsəbəsində tikilməkdə olan yeni Liman karbon tullantılarının həcmini azaldan müxtəlif təsirli texnologiyalar tətbiq etməklə Yaşıl Liman statusunu əldə etməyə çalışır və bu məqsədlə materialdan təkrar istifadə, emal və gübrələşdirmə vasitəsilə liman əməliyyatlarının tullantılarını azaltmağa yönəlmiş proqram tətbiq edəcək. Yaşıl zonalar sahil boyunca limanın şimal və qərb hissəsində yaradılacaq. Bu zonalar təbii yarımsəhra landşaft üzrə müsbət təsir ilə nəticələnən torpağın zənginləşdirilməsi və yerli mikroiqlimin saxlanılması işlərinə yönəlib. Tikililərin damlarında toplanan yağış sularından bu estetik landşaftları inkişaf etdirmək və sulamaq üçün istifadə ediləcək.
banner

Oxşar Xəbərlər