• cümə axşamı, 28 mart, 14:52
  • Baku Bakı 16°C

Bakı klubu “Qalatasaray” sınağından necə çıxacaq?

30.10.13 09:44 1378
Bakı klubu “Qalatasaray” sınağından necə çıxacaq?
Apasport.az saytının məlumatına görə, Super Liqanın gümüş mükafatçısı “Yamamay”la çətin matçdan sonra “Qalatasaray”la münasibətinə aydınlıq gətirəcək.
Görüşün yenə tay-brekə qədər uzanacağı istisna deyil. Çünki transferlə daha çox pul xərcləyən istanbullular “Konegliano”ya məğlubiyyətin əvəzini məhz Bakı klubundan çıxmaq arzusundadır. Lakin “Azəryol”un növbəti qələbə qazanması da sensasiya olmayacaq. Ancelo Vercesinin yetirmələri də qrupdakı liderliklərini qaytarmaq arzusundadırlar.
30 oktyabr
E qrupu
20:30. “Qalatasaray” (Türkiyə) – “Azəryol” (Azərbaycan)
Hakimlər: Georgios Karampetsos (Yunanıstan), Blaz Markelj (Sloveniya)
İstanbul, Burhan Fələk Voleybol Salonu
Konegliano 2 2 0 6-3 205-197 5
Azəryol 1 1 0 3-2 106-99 2
Qalatasaray 1 0 1 2-3 112-108 1
Yamamay 2 0 2 3-6 184-203 1
banner

Oxşar Xəbərlər