• cümə, 29 Mart, 03:55
  • Baku Bakı 7°C

Bakı-İstanbul aviareysində problem həll edildi, uçuş bərpa olundu

29.07.13 10:49 1510
Bakı-İstanbul aviareysində problem həll edildi, uçuş bərpa olundu
Heydər Əliyev Beynəlxalq Aeroportundan «APA-Economics»ə verilən məlumata görə, bu gün saat 07:50-də «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) 087 saylı Bakı-İstanbul (Sabiha Gökçen) aviareysi üzrə havaya qalxan təyyarədə üzə çıxan texniki problemlə əlaqədar avialayner Bakı aeroportuna geri qayıdıb. Təyyarədə üzə çıxan texniki nasazlıq aradan qaldırılıb və avialayner saat 11:48-də havaya qalxıb.
Xatırladaq ki, sözügedən aviareys üzrə uçuş AZAL-ın yeni aldığı «Embraer-190» təyyarəsi ilə yerinə yetirilir.
Qeyd edək ki, bu ilin iyul ayında AZAL Braziliya istehsalı olan iki «Embraer-190» təyyarəsi alıb. İlin sonunadək aviaşirkət daha iki «Embraer-190» və iki «Embraer-170» təyyarəsi alacaq.
banner

Oxşar Xəbərlər