• cümə, 19 Aprel, 13:32
  • Baku Bakı 25°C

Bakı IB Gənclər Festivalına hazırlaşır

25.05.16 15:51 2237
Bakı IB Gənclər Festivalına hazırlaşır
25 İyun Bakcell Arenada təşkil olunacaq IB Gənclər Festivalına hazırlıq işləri davam etməkdədir. Artıq bu hazırlıq prosesinə öllkənin köklü universitetləri və şəhərin mərkəzi küçələri, mərkəzləri də qoşulurlar.
- Azərbaycan Dövlət Pedaqoji Universiteti;
- Bakı Dövlət Universiteti;
- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti;
- Azərbaycan Dövlət İqtisad Universiteti;
- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası;
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti;
- Bakı Slavyan Universiteti;
- Azərbaycan Dillər Universiteti;
- Kooperasiya Kolleci;
- Asəf Zeynallı adına Musiqi Kolleci;
- Azərbaycan Dövlət Dənizçilik Akademiyası;
kimi təhsil ocaqlarında artıq minlərlə gəncə akt zalları, dərs auditoriyalarında tanıtımlar keçirilir, stendlər qurulur, məlumat vərəqləri paylanılır.
Bu həftədən etibarən isə bu prosesə şəhərin məşhur alış-veriş mərkəzləri və mərkəzi küçələri də qoşulacaq.
25 İyunda baş tutacaq və çoxlu sayda məşhur simanın, ifaçıların qatılacağı festivala artıq 10.000-dən çox gənc müraciət edib və 3000 gənc artıq biletlərini IB Club ofisindən əldə ediblər. Biletlərin sürətlə tükəndiyi festivalın qonaqlarının yaxın günlərdə elan ediləcəyi gözlənilir.
Qeyd edək ki, "IB Club” Gənclərin İnkişaf Mərkəzi və "Neftçi” Peşəkar Futbol Klubunun təşkilatçılığı ilə keçiriləcək IB Gənclər Festivalı ölkənin ən böyük gənclər tədbiri olaraq ifadə edilməkdədir. 11001 gəncin iştirakı ilə Bakcell Arenada baş tutacaq festivalın təşkilati dəstəyi "ASAN Könüllüləri” Təşkilatı və "YAP” Gənclər Birliyi, kreativ dəstəyi "Brandup” Digital Agency-dir.
Tamamilə ödənişsiz olan dəvətnamələri əldə etmək üçün sayta daxil olaraq qeydiyyatdan keçmək mümkündür. (www.ibgenclerfestivali.az )
11001-dən biri SƏNsən!
Arenaya gəl, həyəcanı yaşa!
Aygün
banner

Oxşar Xəbərlər