• cümə, 26 Aprel, 01:17
  • Baku Bakı 16°C

Bakı hotelində yanğın

14.04.15 05:29 970
Bakı hotelində yanğın
Azərbaycan paytaxtında hoteldə yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakının Nərimanov rayonunda ümumi sahəsi 1350 kvadratmetr olan üçmərtəbəli "TİTANİK" hotelinin 1-ci mərtəbəsində yerləşən, sahəsi 30 kv.m olan saunanın yanar konstruksiyaları yanıb.
Yanğın zamanı hotelin yuxarı mərtəbələrindən 20 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib, 10 nəfər təxliyə olunub. Hotelin qalan hissəsi və saunaya bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
banner

Oxşar Xəbərlər