• çərşənbə, 24 Aprel, 00:31
  • Baku Bakı 14°C

Bakı "həyat səviyyəsi yaxşılaşan" 10 şəhər sırasında

19.08.16 16:11 976
Bakı "həyat səviyyəsi yaxşılaşan" 10 şəhər sırasında

"The Economist” məcmuəsi son sayında 2016-cı il il üçün dünyanın "ən yaşamalı şəhərlərinin” reytinq cədvəlini və bu barədə hesabatı dərc edib.
Məqalədə deyilir ki, dünya şəhərlərinin reytintqini hazırlamaq o qədər də asan deyildir, buna görə də məcmuənin araşdırmaçı qolu The Economist İntelligence Unit "yaşamalı şəhər” deyilən yeni konsepsiyadan istifadə edib.
"The Economist”in hesabatında deyilir ki, əslində son qiymətləndirmədən, yəni 2011-ci ildən bu yana şəhərlərin reytinq cədvəlindəki yerində dramatik dəyişiklik baş verməyib.
Dünyanın "ən yaşamalı” 10 şəhəri yenə də aşağıdakı kimidir. Burada Kanada və Avstraliyanın şəhərləri üstünlük təşkil edirlər.
Image copyrightGETTYImage caption"The Economist” məcmuəsinin reytinqində Bakı "həyat səviyyəsi yaxşılaşan" 10 şəhərə aid edilib.Melbourne (Avstraliya), Vyana (Avstriya), Vancouver (Kanada), Toronto (Kanada), Calgary (Kanada), Adelaide (Avstraliya), Perth (Avstraliya), Auckland (Yeni Zelandiya), Helsinki (Finlandiya) və Hamburq (Almaniya).
Dünyanın "ən az yaşamalı” şəhərləri isə Kiyev, Duala (Kamerun), Harare (Zimbabve), Kəraçi (Pakistan), Əlcəzair, Dəkkə (Banqladeş), Tripoli (Liviya) və Dəməşqdir (Suriya).
Lakin builki hesabatda Azərbaycanın adı xüsusilə çəkilir. Onun paytaxtı Bakı yaxşılığa doğru dəyişən "yaşamalı şəhərlər” sırasındadır. Son beş ildə Bakının reytinqi 1,6 faiz yaxşılaşıb. Bakının ümumi yeri isə 140 şəhərin arasında 103-cüdür.
Yaşama şəraiti yaxşılaşan şəhərlərin sırasında Bakıdan başqa Dubay (74), Küveyt (81), Bratislava (63) və Varşava (65) da var.
Bununla belə, ümumi reytinqdə yalnız 126-cı yeri tutan Tehran bu kateqoriyada ən heyrətamiz nəticəni göstərib. Bu şəhərdə yaşama şəraiti son beş ildə 5 faiz yaxşılaşıb.
Maraqlıdır ki, ən az yaşamalıı şəhərlər sırasında olan Harare də son beş ildə 4, 4 faiz yaxşılaşma nümayiş etidirib.
Image copyrightGETTYImage captionDünyanın "ən yaşamalı” 10 şəhəri reytinqində ilk yeri Avstraliyanın Melbourne şəhəri tutur.Hesabatda deyilir ki, şəhərlərin göstəricilərindəki dəyişmələr terror, münaqişə və siyasi sabitsizliyin rolunu nümayiş etdirir.
Məsələn son beş ildə həyat səviyyəsi Dəməşq (140) və Kiyevdə (131) 25-26 faiz pisləşib.
Moskva (80) və Sankt Peterburq (76) şəhərləri də pisləşməyə doğru dəyişib.
banner

Oxşar Xəbərlər