• cümə, 29 Mart, 12:42
  • Baku Bakı 14°C

Bakı-Həştərxan dostluq parkı açıldı

27.11.13 10:53 2484
Bakı-Həştərxan dostluq parkı açıldı
APA-nın xəbərinə görə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Bakı ilə Həştərxan vilayəti arasında əməkdaşlığı yüksək qiymətləndirib. Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin isə park və abidənin açılışına görə Azərbaycan prezidentinə və Nərimanov rayon İcra Hakimiyyətinə təşəkkür edib.
A. Jilkin bildirib ki, Azərbaycan və Həştərxan arasında əməkdaşlıq fəal inkişaf edir. O, Həştərxanda Heydər Əliyevin abidəsinin qoyulduğunu, H. Əliyev adına məktəb açıldığını və dostluq körpüsü inşa olunduğunu söyləyib. Dekabrın sonunda isə Azərbaycan prezidentinin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda knyaz Vladimirin abidəsi ucaldılacaq.
Qeyd edək ki, açılış mərasimində Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin və digər rəsmi şəxslər iştirak edib.
banner

Oxşar Xəbərlər