Bakı hazırdır, Tbilisi ilə Qarsı gözləyir
Azərbaycan
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına başlamağa hazırdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Azərbaycan Dəmir Yolları” QSC-nin
sədri Cavid Qurbanov deyib. O bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə
sərnişindaşımaya başlanılmaması digər ölkələrlə əlaqədardır. Gürcüstan və Türkiyə
tərəfləri bu xətlə sərnişin qatarının işə düşməsinə hazır olduqdan sonra
daşımalar başlanılacaq.
Bəs görəsən Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə sərnişindaşıma turizmin inkişafına hansı töhfələri verəcək? Turizm üzrə ekspert, dosent Rəhman Səfərov deyir ki, bu xəttin sərnişinlər üçün istifadəyə verilməsi böyük əhəmiyyət kəsb edir: "Bakı-Tbilisi-Qars dəmir yolunun sərnişinlər üçün istifadəyə verilməsi turizmin inkişafına öz töhfəsini verəcək. Bu gün turistlər müxtəlif nəqliyyat vasitələrinə üstünlük verirlər. Əgər turizm ölkəsinə çevrilmək istəyiriksə, dəmir yolu nəqliyyatı bizim üçün önəmlidir. Keçmişdə də turistlər dəmir yolu ilə səfər edirdilər. Hətta qatar turizmi digərləri ilə müqayisədə daha məşhur idi. Sonradan digər nəqliyyat vasitələrinin inkişafı dəmir yolunu bir qədər kənarlaşdırdı. İndi Avropada və Şərq ölkələrində artıq dəmir yolu nəqliyyatına xüsusi diqqət ayrılır. Müasir dövrdə sürət qatarları turistlərin ən sevdiyi nəqliyyat vasitələrindən hesab olunur. Hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti turizmin daha da inkişaf etməsinə zəmin yaradacaq. Çünki dəmir yolu nəqliyyatı hava yollarına nisbətən daha ucuz olur. Bu nəqliyyat vasitəsini seçənlər, onun müxtəlif üstünlüklərindən yararlana biləcəklər”.
"Millenium Turizm Konqres DMC” şirkətinin rəhbəri, turizm ekspertiRuslan Quliyevdeyir ki, qatar turizmi Avropada və digər inkişaf etmiş ölkələrdə böyük inkişaf yolu keçib: "Əslində nəqliyyatın bu növü günümüzün böyük tələbidir. Bu nəqliyyat vasitəsi həm də məktəblilər və gənclər üçün geniş imkanlar yaradır. Dəmir yolu nəqliyyat vasitəsi turistlər üçün çox cəlbedicidir. Çünki digərlərinə nisbətən daha təhlükəsiz hesab olunur. Qatarla səyahət edən turistlər ətrafdakı mənzərəni daha rahat seyr edə bilir. Həmçinin getdikləri yerə daha rahat çatma baxımından, nəqliyyatın bu növü daha sərfəlidir. Düşünürəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi bizim üçün çox vacibdir. Nəzərə almaq lazımdır ki, Türkiyə ilə Azərbaycan arasında viza rejimi aradan qaldırılıb. Bu mənada qatar turizmi ölkəyə böyük turist axını cəlb edə bilər”.
Azərbaycan Turizm Assosiasiyasının icraçı direktoru Əhməd Qurbanov bildirdi ki, ölkəmizdə turizmin müxtəlif növləri inkişaf edir: "Dünya təcrübəsinə baxsaq, görərik ki, qatar turizmi turizmin ən geniş yayılmış və sərfəli növlərindən biridir. Ona görə də, Azərbaycanda yeni qatar xətlərinin istifadəyə verilməsi turizmin inkişafına böyük mənada dəstək olacaq. Turistlərin daha rahat və əlverişli bir nəqliyyat vasitəsi ilə səyahətini təmin etmək üçün qatar turizmi xüsusi rola malikdir. Bu məsələ uzun müddət idi ki, müzakirə edilirdi. Artıq turistlər rahatlıqla Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə səyahət edə biləcəklər. Nəqliyyatın bu növü turistlər üçün daha maraqlı və cəlbedicidir. Çünki onların səyahət zamanı istirahətləri təmin edilir. Düşünürəm ki, gələcəkdə ölkəmizdə qatar turizmi daha da inkişaf etdirilməlidir”.

İqtisadçı ekspert Pərviz Heydərov deyir
ki, Bakı-Tbilisi-Qars dəmir yolu
xəttinin imkanlarından maksimum yararlanmaq lazımdır: "Bu proses artıq
başlayıb. Bu dəmir yolu xəttinin çəkilişi uzun vaxt apardı. Həmçinin çox
investisiya tələb edən bir layihə idi. Azərbaycan bu məsələdə öz mövqeyini
ortalığa qoydu və geri çəkilmədi. Nəhayət ki, layihə reallaşdı. Bakı-Tbilisi-Qars
dəmir yolu xəttinin iqtisadi gəlirliyi aydın məsələdir. Bu xətt vasitəsi ilə
sərnişindaşıma əvvəlcədən planlaşdırılan bir məsələ idi və diqqətdə saxlanılırdı. Çünki bu dəmir yolu
xətti ilə sərnişindaşıma qatar turizminin və bütövlükdə turizm sektorunun
inkişafına böyük dəstək olacaq. Çünki qatar turizmi turistlər üçün alternativ
bir yol tətbiq edir. Bu, sərnişindaşımadan əlavə gəlir əldə etmək baxımından
bizim üçün çox önəmlidir. Hesab edirəm ki, bu nəqliyyat qovşağı yükdaşımadan
əldə olunan gəlirlərdən əlavə, yaxın və orta müddətli dövr ərzində
sərnişindaşıma sahəsində də gəlirli layihə kimi özünü doğrulda biləcək. Bakı-Tbilisi-Qars
bizim üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan bu kimi layihələrin fonunda
regional nəqliyyat dəhlizinə çevrilib. Sərnişindaşıma vasitəsi ilə gələcəkdə
ölkəyə daha çox valyuta daxil olacaq”.
Şəbnəm